Futbol üzrə İngilərə Premyer Liqasında 18-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
 
Lider "Mançester Siti" "Nyukasl" səfərinə yollanıb və 4 cavabsız qola sevinib. "Vulverhempton" – "çelsi" matçında qapılara qol vurulmayıb. Turun mərkəzi görüşündə "Tottenhem" "Liverpul"la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
 
Bu tur keçirilməli olan "Aston Villa" – "Bernli", "Mançester Yunayted" – "Brayton", "Sauthempton" – "Brentford", "Uotford" – "Kristal Pelas", "Vest Hem" – "Norviç Siti" və "Everton" – "Lester Siti" matçları klubların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
18-ci tur
18 dekabr
 
Lids – Arsenal 1:4
Qol: Rapinya, 75-pen – Martinelli, 16; 28. Saka, 42. Smit Rou, 84.
 
19 dekabr
 
Vulverhempton – çelsi 0:0
 
Nyukasl – Mançester Siti 0:4
Qol: R.Dias, 5. Kanselo, 27. Mahrez, 63. Sterlinq, 86.
 
Tottenhem – Liverpul 2:2
Qol: Keyn, 13. Son, 74 – Jota, 35. Robertson, 69.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest