FİFA bu gün 211 milli federasiyaların nümayəndələri ilə onlayn sammit keçirəcək. Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" telekanalı məlumat yayıb.
 
Ali futbol qurumunun rəhbəri Canni İnfantinonun dünya çempionatının 2 ildən bir keçirilməsi ideyası ilə bağlı federasiyalarla müzakirə aparacağı bildirilib.
 
İnfantino quruma əlavə gəlir mənbələri tapmaq üçün dünya çempionatının daha tez-tez keçirilməsinə çalışır. 
 
Daha əvvəl UEFA və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) FİFA-nın ideyasına qarşı çıxıb.
 
Hazırda dünya çempionatları 4 ildən bir keçirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest