"Fiorentina"nın futbolçusu Duşan Vlahoviç yeni uğura imza atıb. Matc.az xəbər verir ki, serbiyalı hücumçu A Seriyasının 18-ci turunun "Sassuolo" ilə matçında (2:2) fərqlənərək, 2021-ci ildə çempionatda vurduğu qolların sayını 33-ə çatdırıb.
 
Vlahoviç bu göstəricidə "Yuventus"un sabiq futbolçusu, hazırda "Mançester Yunayted"də çıxış edən Kristiano Ronaldonun göstəricisini təkrarlayıb. Portuqaliyalı hücumçu "Yuventus"la 2021-ci ildə A Seriyasında 33 qol vurmuşdu.
 
Vlahoviç bu mövsüm A Seriyasında 18 qolla bombardirdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest