UEFA İngiltərənin "Tottenhem" klubuna texniki məğlubiyyət verib. Matc.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, London təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda "Renn"ə qarşı keçirilən oyuna çıxa bilmədiyi üçün texniki məğlubiyyət alıb.
 
Qarşılaşma "Tottenhem"də koronavirusa kütləvi yoluxma üzündən baş tutmayıb.
 
"Tottenhem" qrup mərhələsində 7 xalla 3-cü sıranı tutub və Konfrans Liqası ilə vidalaşdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest