Futbol üzrə Türkiyə Super Liqasının son çempionu "Beşiktaş"la ölkə kubokunun finalçısı "Antalyaspor" arasında Super Kubok oyunu Qətərdə keçiriləcək. Matc.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
 
Qarşılaşma 2022-ci il yanvarın 5-də, Qətərin paytaxtın Dohadakı "Əhməd Bin Əli" stadionunda oynanılacaq. Görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest