Futbol üzrə Rusiya millisinin sabiq baş məşqçisi Stanislav çerçesov özünə yeni iş yeri tapıb. Matc.az xəbər verir ki, 58 yaşlı mütəxəssis bundan sonra Macarıstanın "Ferentsvaroş" komandasını çalışdıracaq.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
Son ölkə çempionu ilə rusiyalı mütəxəssis arasında imzalanmış müqavilənin detalları açıqlanmayıb.
 
çerçesov son olaraq 2016-2021-ci illər aralığında Rusiya yığmasına rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest