Futbol üzrə İngiltərə Premyer Liqasında koronavirusa rekord sayda yoluxma qeydə alınıb. Matc.az bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
 
Belə ki, dekabrın 13-dən 19-dək oyunçulardan, texniki heyətdən və digər şəxslərdən 12 345 COVİD-19 testi götürülüb. Onlardan 90-ı müsbət çıxıb. Bu, pandemiyanın başlanğıcından bəri mütləq rekorddur.
 
Xatırladaq ki, son turlarda koronavirusa yoluxma hallarının artması səbəbindən Premyer Liqada 10-a yaxın oyun təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest