"Liverpul"un baş məşqçisi Yurgen Klopp maraqlı açıqlama verib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, koronavirusa qarşı peyvənd olunmayan futbolçunu transfer etməyəcəklərini söyləyib:
 
"Hazırda heç bir futbolçuyla razılaşmamışıq. Ancaq transfer olarsa, peyvənd olunan futbolçulara üstünlük verəcəyik.
 
Reallığı nəzərə almalıyıq. Bir futbolçu peyvənd olunmayıbsa, o, hamımız üçün təhlükə yarada bilər. Buna görə, fərqli yollar tapmalıyıq. Vaksin olunmayan futbolçu başqa yerdə paltar dəyişməli, başqa yerdə yemək yeməlidir. ümumilikdə götürəndə, vəziyyət belə şeyləri tələb edir. ümid edirəm ki, gələcəkdə belə şeylərə ehtiyac olmaz".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest