"Mançester Yunayted"in futbolçusu Edinson Kavani karyerasını İspaniyada davam etdirəcək. Matc.az xəbər verir ki, 34 yaşlı hücumçu qış transfer pəncərəsi dövründə "Barselona"ya keçəcək.
 
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Kavaninin Kataloniya təmsilçisi ilə 1,5 illik müqavilə imzalayacağı bildirilib.
 
Kavaninin "Mançester Yunayted"lə müqaviləsi 2022-ci ilin yayına qədərdir. Uruqvaylı futbolçu qışda "qırmızı şeytanlar"la müqaviləsini ləğv edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest