Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Birinci Divizionun 12-ci oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
"Kəpəz" – "Zaqatala" oyununda "Kəpəz"in 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
 
"Turan Tovuz" – "Səbail-2"  oyununda "Səbail"in 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub.
 
"Keşlə-2" – "Zirə-2"  oyununda "Zirə"nin futbolçusu Anar Nəzirov "sonuncu ümid folu"na görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest