Futbol üzrə Türkiyə Super Liqasında 18-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
"Antalyaspor" – "Kasımpaşa" matçında qalib müəyyənləşməyib. Son turlarda uğurlu çıxış edən "Başakşəhər" bu dəfə "Girəsunspor"u qəbul edib və növbəti qələbəsini rəsmiləşdirib.
 
"Qalatasaray" səfərdə "Adana Dəmirspor"a məğlub olub. Lider "Trabzonspor" isə "Altay" səfərindən qələbə ilə dönüb.
 
Türkiyə Super Liqası
18-ci tur
21 dekabr
 
Antalyaspor – Kasımpaşa 1:1
Qol: Naldo, 38 – U.Bozok, 90+2.
 
Başakşəhər – Girəsunspor 3:1
Qol: D.Türüç, 17. Kaysara, 69. Vişça, 78 – Diarra, 28.
 
Adana Dəmirspor – Qalatasaray 2:0
Qol: Y.Akgün, 53; 58.
 
Altay – Trabzonspor 1:2
Qol: C.Karayel, 33 – Kornelius, 51; 88.
 
22 dekabr
 
18:00. Yeni Malatyaspor – Kayserispor
18:00. Sivasspor – Rizəspor
18:00. Hatayspor – Konyaspor
21:00. Qaziantep – Alanyaspor
21:00. Fatih Karagümrük – Fənərbaxça
 
23 dekabr
 
21:00. Beşiktaş – Göztəpə

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest