İspaniyanın "Real" klubunun daha 2 futbolçusu koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Belə ki, müdafiəçi David Alaba və yarımmüdafiəçi İskodan götürülmüş COVID-19 testləri pozitiv çıxıb. Hər iki oyunçu komandadan təcrid olunaraq, karantinə alınıb.
 
Xatırladaq ki, "Real" bir neçə gün öncə Luka Modriç, Marselo, Qaret Beyl, Marko Asensio, Rodriqo və Andrey Luninin də koronavirusa yoluxduğunu açıqlamışdı. Bundan əlavə baş məşqçi Karlo Ançekottinin oğlu, onun köməkçisi kimi çalışan Davide Ançelottinin də COVİD-19 testi pozitiv çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest