Futbol üzrə Portuqaliya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Tondela" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Eştoril"lə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyun Renatın komandasının inamlı qələbəsiylə yekunlaşıb – 3:1. Beləcə, "Tondela" 1/4 finala ilk vəsiqənin sahibinə çevrilib.
 
Renat da bu görüşün iştirakçısı olub. Millimizin forvardı 87-ci dəqiqədə meydana buraxılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest