İtaliyanın "Latsio" klubunun hücumçusu çiro İmmobile koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Komandadan təcrid olunan təcrübəli futbolçu karantinə alınıb. Onun "Venetsiya"ya qarşı keçiriləcək növbəti çempionat matçında iştirak etməyəcəyi bildirilib.
 
İtaliya mətbuatının yazdığına görə, ötən həftə İmmobilenin həyat yoldaşı bir bayram tədbirində iştirak etdikdən sonra koronavirusa yoluxub. Bu üzdən çiro da karantinə alınmış və komandasının "Cenoa"nı 3:1 hesabıyla məğlub etdiyi görüşdə forma geyinməmişdi.
 
İmmobile bu mövsüm "Latsio" formasıyla bütün turnirlər çərçivəsində 21 oyuna çıxıb, 16 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest