Polşanın "Legiya" komandasının baş məşqçisi Aleksandr Vukoviç açıqlama verib. Matc.az xəbər verir ki, yerli mətbuata danışan Vukoviç, azərbaycanlı hücumçu Mahir Emreli haqda bunları söyləyib:
 
"Mahirlə ilk dəfə tanış olanda çox təəccübləndim. Televiziyada izləyəndən sonra qarşımda bir az təkəbbürlü insan olacağını gözləyirdim.
 
Mahir məni təəccübləndirdi və əks təəssürat yaratdı. Şübhəsiz ki, onu təkəbbürlü adlandırmaq olmaz. ümid edirəm ki, bizim oyunçumuz olmağa davam edəcək. Lakin mən hazırda birmənalı, əmin cavab verə bilmirəm".
 
Qeyd edək ki, bir müddət öncə azarkeşlərin hücumuna məruz qalan azərbaycanlı hücumçunun qış fasiləsində Varşava təmsilçisindən ayrılması gündəmdədir. Mahir baş verənlərlə əlaqədar komandasının məşqlərinə də qatılmayıb və son iki çempionat matçında iştirak etməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest