İspaniyanın "Betis" klubunda baş məşqçi Manuel Pelleqrini ilə müqavilənin müddəti uzadılıb. Matc.az xəbər verir ki, çilili mütəxəssislə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Betis" La Liqada 3-cü sırada qərarlaşıb. Pelleqrini 2020-ci ilin iyulundan bu komandaya rəhbərlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest