PSJ-nin zədəli futbolçusu Neymarın son durumu məlum olub. Matc.az xəbər verir ki, braziliyalı hücumçu 4-5 həftə sonra məşqlərə qoşulacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Fransa Liqa 1-in 15-ci turu çərçivəsində noyabrın 28-də "Sent-Etyen"ə qarşı keçirilən səfər matçında (3:1) zədələnən Neymarın gələn ilin fevralında yaşıl meydanlara qayıdacağı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest