Türkiyənin "Fənərbaxça" klubunda bir müddət əvvəl istefaya göndərilən Vitor Pereyraya təzminat ödəniləcək. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı mütəxəssisin müqaviləsini vaxtından əvvəl ləğv etdiyi üçün ona 2.5 milyon avro təzminat ödəyəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Pereyra "Fənərbaxça"nın uğursuz çıxışına görə baş məşqçi postundan uzaqlaşdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest