"Milan" İtaliya A Seriyasının 19-cu turunda "Empoli" ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" sözügedən səfər matçında hücumçu Zlatan İbrahimoviçin köməyindən istifadə edə bilməyəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
Komandanın son məşqində zədələnən İbrahimoviç "Empoli" ilə matçı buraxacaq.
 
Bu gün keçiriləcək "Empoli" – "Milan" matçı saat 23:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest