Futbol üzrə İtaliya A Seriyasında 19-cu tura yekun vurulub. Matc.az xəbər verir ki, turun əksər oyunları sonuncu oyun gününə təsadüf edib.
 
"Verona" - "Fiorentina" matçında qalib müəyyənləşməyib. "Roma" da "Sampdoriya" ilə ev oyununda qələbəni əldən verib. "Latsio" səfərdə "Venetsiya"ya, "Bolonya" isə "Sassuolo"ya qalib gəlib.
 
Lider "İnter" doğma meydanda "Torino"nu qəbul edib. Milan təmsilçisi bu oyunda minimal hesabla qalib gəlib. "Milan" isə çətin "Empoli" səfərində inamlı qələbəyə sevinib. Evdə "Spetsiya" ilə qarşılaşan "Napoli" isə bu turu xalsız başa vurub.
 
19-cu turun "Udineze" – "Salernitana" matçı qonaqların heyətində koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınıb.
 
İtaliya A Seriyası
19-cu tur
21 dekabr
 
Cenoa – Atalanta 0:0
 
Yuventus – Kalyari 2:0
Qol: M.Kin, 40. Bernardeski, 83.
 
22 dekabr
 
Venetsiya – Latsio 1:3
Qol: Forte, 30 – Pedro, 3. Açerbi, 48. Alberto, 90+5.
 
Sassuolo – Bolonya 0:3
Qol: Orsolini, 36. Hiki, 44. Santander, 90+4.
 
İnter – Torino 1:0
Qol: Dumfris, 30.
 
Roma – Sampdoriya 1:1
Qol: Şomurodov, 72 – Qabbyadini, 80.
 
Verona – Fiorentina 1:1
Qol: Lasanya, 17 – Kastrovilli, 81.
 
Napoli – Spetsiya 0:1
Qol: J.Jezus, 37-öz qapısına.
 
Empoli – Milan 2:4
Qol: Bayrami, 18. Pinamonti, 84 – Kessye, 12; 42. Florensi, 63. T.Hernandes, 69.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest