Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
 
Səfərdə "Brentford"la qarşılaşan "çelsi" inamlı qələbəylə mərhələ adlayıb. Londonun digər təmsilçisi "Tottenhem" isə "Vest Hem"i mübarizədən kənarlaşdırıb. "Liverpul" – "Lester Siti" görüşü daha maraqlı alınıb. Qarşılaşmanın əsas vaxtında 6 qol vurulsa da, qalib müəyyənləşməyib. Bu üzdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Liverpul" yarımfinala vəsiqə əldə edib.
 
İngiltərə Liqa Kuboku
1/4 final
21 dekabr
 
Arsenal – Sanderlend 5:1
Qol: Nketia, 17; 49; 58. Pepe, 27. Patino, 90+1 – Broadhed, 31.
 
22 dekabr
 
Brentford – çelsi 0:2
Qol: Yansson, 80-öz qapısına. Jorjinyo, 85-pen.
 
Liverpul – Lester Siti 3:3 (penaltilər 5:4)
Qol: Oksleyd-çemberleyn, 19. Jota, 68. Minamino, 90+5 – Vardi, 9; 13. Meddison, 33.
 
Tottenhem – Vest Hem 2:1
Qol: Berqveyn, 29. Moura, 34 – Bouen, 32.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest