Bu gün futbol üzrə Fransa çempionatında 19-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutmalı idi. Lakin "Klermon" - "Strasburq" matçı güclü duman səbəbindən təxirə salınıb.
 
Lider PSJ bu turda "Loryan"ın qonağı olub. Paris təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib.
 
"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi - Marsel "Olimpik"inin bu turdakı rəqibi "Reyms" olub. Marsellilər məğlubiyyətdən son anda penaltidən vurduqları qol sayəsində qurtulublar.
 
Lion "Olimpik"i isə "Mets"lə qarşılaşmadan xal itkisi ilə ayrılıb. "Trua" - "Brest" matçında da qalib müəyyənləşməyib.
 
Fransa Liqa 1
19-cu tur
22 dekabr
 
Bordo – Lill 2:3
Qol: Elis, 18; 45 – Andre, 33. B.Yılmaz, 77-pen. David, 84.
 
Olimpik (Lion) – Mets 1:1
Qol: Lukeba, 56 – Traore, 59.
 
Loryan – PSJ 1:1
Qol: Monkondui, 40 – İkardi, 90+1.
 
Olimpik (Marsel) – Reyms 1:1
Qol: Payet, 90+7-pen – Ekitike, 75.
 
Monako – Renn 2:1
Qol: Ben Yedder, 35-pen. Folland, 72 – Terrye, 16.
 
Monpelye – Anje 4:1
Qol: Savanye, 14. Kotsa, 30. Ristiç, 51. Mavididi, 76 – Laqe, 45+1.
 
Nitsa – Lans 2:1
Qol: Lemina, 63. Kluyvert, 79 – Kalimuendo, 30.
 
Sent-Etyen – Nant 0:1
Qol: Muani, 83.
 
Trua – Brest 1:1
Qol: Rami, 80 – Honorat, 5.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest