Futbol üzrə İspaniya La Liqasında 9-cu turdan təxirə salınmış bir oyun keçirilib. Matc.az xəbər verir ki, son ölkə çempionu "Atletiko" səfərdə "Qranada" ilə qarşılaşıb. Madrid təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb.
 
Bu gün həm də 21-ci tur çərçivəsində "Atletik" – "Real" görüşü baş tutub. Bu turun oyunları yanvarın 19-da keçirilməlidir. Lakin bu iki komanda daha erkən görüşməklə bağlı razılığa gəliblər. üç qolun qeydə alındığı matç Madrid təmsilçisinin qələbəsiylə yekunlaşıb.
 
İspaniya La Liqası
22 dekabr
 
9-cu turun oyunu
 
Qranada – Atletiko 2:1
Qol: Maçis, 17. Molina, 61 – J.Feliks, 2.
 
21-ci turun oyunu
 
Atletik – Real 1:2
Qol: Sanset, 10 – Benzema, 4; 7.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest