"Mançester Siti"nin futbolçusu Ferran Torres karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, 21 yaşlı hücumçu "Barselona" klubu ilə razılaşıb.
 
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Xəbərdə, Kataloniya təmsilçisinin Torres üçün "Mançester Siti" ilə razılaşdığı və keçidin yaxın zamanda rəsmən açıqlanacağı bildirilib.
 
"Barselona" ispan futbolçu üçün "Mançester Siti"yə 55 milyon avro ödəyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest