FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, Azərbaycan millisinin ötən ayla müqayisədə mövqeyi dəyişməyib.
 
Belə ki, komandamız 2021-ci ilin son cədvəlində 120-ci pillədə qərarlaşıb. Canni De Byazinin çalışdırdığı komandamızın hesabında 1139.02 reytinq xalı var.
 
Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsindəki rəqiblərinə gəlincə, Slovakiya 1455.36 xalla 42-ci, Belarus 1233.43 xalla 94-cüdür. Potensial rəqiblərimiz olan Qazaxıstan 1140.71 xalla 119-cu, Moldova isə 928.35 xalla 181-ci pillədə qərarlaşıb.
 
Reytinqin ilk 3 pilləsində Belçika (1828.45), Braziliya (1826.35) və Fransa (1786.15) yer alıb. Türkiyə yığması isə 1472.72 xalla 37-cidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest