"Bursaspor"da Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərov da çıxış edir. Sözügedən komanda bu mövsüm keçirdiyi 17 oyunda cəmi 18 xal toplayıb və 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Türkiyənin "Bursaspor" komandasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Tamer Tuna çalışdıracaq.
 
Bu barədə 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə 2.5 illik müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş özcan Bizatini əvəzləyib.
 
"Bursaspor"da Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərov da çıxış edir. Sözügedən komanda bu mövsüm keçirdiyi 17 oyunda cəmi 18 xal toplayıb və 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest