"Atletiko" İspaniya La Liqasının 9-cu turundan təxirə salınmış oyunda ötən gecə "Qranada"ya 1:2 hesabıyla uduzdu.
 
Matc.az xəbər verir ki, Madrid təmsilçisi çempionatda ardıcıl 4 oyundur ki, məğlub olur.
 
"Atletiko" Dieqo Simonenin rəhbərliyi altında ilk dəfə çempionatda ardıcıl 4 matçda uduzub.
 
Argentinalı mütəxəssis 2011-ci ildən "Atletiko"nu çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest