İngiltərənin "Everton" klubu "Barselona"nın futbolçusu Filippe Koutinyo ilə maraqlanır. Matc.az xəbər verir ki, Mersisayd təmsilçisi qış fasiləsində 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
 
"Everton"un rəsmiləri Koutinyonun nümayəndələri ilə görüşüb. "Barselona" braziliyalı futbolçunun komandadan ayrılmasına razıdır.
 
Koutinyo ilə "Everton"la yanaşı, "Tottenhem" və "Nyukasl" da maraqlanır.
 
Koutinyo daha əvvəl İngiltərədə "Everton"un əzəli rəqibi olan "Liverpul"da çıxış edib.
 
Yeri gəlmişkən, Koutinyo ilə yollarını ayırmağa hazırlaşan "Barselona" digər futbolçusu Osman Dembele ilə yeni müqavilə imzalayacaq. Kataloniya təmsilçisi 24 yaşlı vingerlə razılıq əldə edib. Tərəflərin yaxın zamanda yeni müqavilə imzalayacağı bildirilir.
 
2017-ci ildən "Barselona"da çıxış edən fransalı futbolçunun indiki müqaviləsi 2022-ci ilin yayına qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest