İngiltərənin "Liverpul" klubunun futbolçusu Co Qomes karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə "Real" yaxından maraqlanır. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
 
Müdafiə xəttini gücləndirmək istəyən "Real"da bu mövqeyə Co Qomeslə yanaşı, "çelsi"dən Antonio Rüdiger, "Sevilya"dan Jul Kunde və "Vilyarreal"dan Pau Torres namizəddir.
 
"Real" qış fasiləsində bu futbolçulardan birinin keçidini həll etmək niyyətindədir.
 
2015-ci ildən "Liverpul"da çıxış edən Qomes bu mövsüm 9 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest