Qalib Varşava klubunun rəsmi saytı, "facebook" və "twitter" hesablarında azarkeşlər arasındakı sorğu nəticəsində müəyyənləşəcək.

Polşanın "Legiya" klubunda ilin ən yaxşı legioner futbolçusu adına namizədlər məlum olub. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıda azərbaycanlı hücumçu Mahir Emreli də yer alıb.
 
Mahirlə yanaşı, serbiyalı müdafiəçi Filip Mladenoviç və çexiyalı forvard Tomaş Pexart da ən yaxşı adına namizəd olub.
 
Qalib Varşava klubunun rəsmi saytı, "facebook" və "twitter" hesablarında azarkeşlər arasındakı sorğu nəticəsində müəyyənləşəcək.
 
Mahir bu mövsüm "Legiya" ilə 33 oyunda 11 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest