İngiltərənin "Arsenal" klubu futbolçusu Pyer-Emerik Obameyanqı satışa çıxarıb. Matc.az xəbər verir ki, "topçular" qış transfer pəncərəsi dövründə qabonlu hücumçu üçün gələcək təklifləri dəyərləndirəcək. Bu barədə ESPN telekanalı məlumat yayıb.
 
Obameyanq bir müddət əvvəl "Arsenal"da intizam qaydalarını pozduğu üçün kapitanlıqdan məhrum edilmiş və əsas komandadan kənarlaşdırılmışdı.
 
32 yaşlı hücumçu ilə İspaniyanın "Barselona" və İtaliyanın "Yuventus" klubu yaxından maraqlanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest