Futbol üzrə Azərbaycan Birinci Divizionunda 13-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub. 
 
"Kəpəz" səfərdə "Sabah-2" ilə oyundan heç-heçə ilə ayrılıb. "Qarabağ-2" "Qaradağ Lökbatan"a, "Sumqayıt"ın əvəzediciləri isə "Qəbələ"nin ikinci komandasına uduzub.
 
Bununla da Birinci Divizionda mövsümün ilk yarısına yekun vurulub.
 
Birinci Divizion
13-cü tur
23 dekabr
 
Sabah-2 – Kəpəz 2:2
Qol: Şakir Seyidov, 1. Kamran Quliyev, 18-pen – Şakir Seyidov, 35-öz qapısına. Tural Rzayev, 48.
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elmin Süleymanov, Fərid Hacıyev
"Bank Respublika Arena" (ehtiyat meydança), 14:00.
 
Qaradağ Lökbatan – Qarabağ-2 2:1
Qol: Elnur Cəfərov, 35. Raul Məmmədov, 81 – Nəriman Axundzadə, 80.
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elman Kərimov, Elvin Bayramov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
 
Qəbələ-2 – Sumqayıt-2 2:1
Qol: Gülağa Əsədov, 4. Mehrac Baxşalı, 39 – Rüstəm Hümbətov, 23-pen.
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Ruslan Quliyev, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.
 
Turun digər oyunlarının nəticələri:
 
MOİK – Keşlə-2 2:0
Zaqatala – Neftçi-2 0:1
Zirə-2 – Turan Tovuz 0:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest