İtaliyanın "İnter" klubu müdafiəçisi Federiko Dimarko ilə yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
24 yaşlı sol cinah müdafiəçisinin sözləşməsinin müddəti 2026-cı ilin yayınadək uzadılıb.
 
Cari mövsüm Milan təmsilçisinin heyətində 24 oyun keçirən İtaliya millisinin üzvü 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest