Almaniyanın "Borussiya" (Dortmund) klubu ayrılığı gündəmdə olan hücumçu Erlinq Halanda əvəzləyici axtarışına başlayıb. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi norveçli futbolçunun komandadan mümkün ayrılığına hazırlaşır.
 
Almaniya mətbuatının iddiasına görə, "Borussiya"da hücum xətti üçün əsas namizədlər "Ayaks"dan Sebastyan Haller və "Bayer"dən Patrik Şikdir.
 
Halandla İngiltərənin "Liverpul", "Mançester Yunayted", İspaniyanın "Real", Almaniyanın "Bayern" klubu maraqlanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest