Venesuela millisinin üzvü Angelo Penya karyerasını Azərbaycanda davam etdirəcək. Matç.az saytının məlumatına görə, futbolçu "Keşlə"yə keçməyə yaxındı.

Maraqlıdı ki, Venesuela mətbuatı Penyanın "Neftçi"yə keçəcəyi ilə bağlı xəbər yayıb və futbolçunun müqavilə imzalamaq üçün Bakıya yollandığını yazmışdı. Ancaq əldə etdiyimiz məlumata əsasən, Penyanın son anda yolu dəyişib.

Hazırda Venesuela təmsilçisi "Mineros"da çıxış edən Angelo bu ölkənin millisində  11 oyun keçirib.

Qeyd edək ki, keçid reallaşsa, bu, 29 yaşlı futbolçunun ilk Avropa təcrübəsi olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest