Azərbaycan millisinin sabiq kapitanı və "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun futbolçu kimi bağladığı ilk müqavilənin fotosu yayılıb. Matc.az xəbər verir ki, Sadıqovun "Turan" klubu ilə imzaladığı müqavilənin fotosunda sözləşmənin detalları da əks olunub.
 
21 il əvvəl imzalanan müqavilənin müddəti 3 il olub. Sözləşmə şərtlərinə əsasən, Sadıqovun aylıq maaşı o vaxtın pulu ilə 200 min manat (20 "şirvan") olub.
 
2005-ci il fevralın 7-də Prezident İlham Əliyev "Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" fərman imzalayıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində yeni manatdan istifadə edilməsinə başlanıb. Bu zaman 1 yeni manat 5000 köhnə manata bərabər tutulub və bir il hər iki pul qüvvədə olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest