İngiltərə Premyer Liqasında 19-cu turun iki oyunu təxirə salınıb. Matc.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
 
Dekabrın 26-da keçirilməli olan "Liverpul" – "Lids" və "Vulverhempton" – "Uotford" matçları təxirə salınıb. Buna səbəb "Lids"in və "Uotford"un heyətində koronavirusa kütləvi yoluxma qeydə alınması olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest