Gürcüstanın Tiflis şəhərində keçirilən "Bendela Cup" turnirinə yekun vurulub. Matc.az xəbər verir ki, "Sabah"ın U-12 komandası turnirin yarımfinal mərhələsində yerli "Rustavi" ilə üz-üzə gəlib.
 
1:1 hesablı heç-heçə başa çatan matçın penaltilər seriyasında məğlub olan U-12, üçüncü yer uğrunda oyunda turnirdəki digər təmsilçimiz "Vətən"lə qarşılaşıb. Bu görüşdən qələbə ilə ayrılan (3:1) Namiq Həsənovun yetirmələri turniri üçüncü pillədə başa vurub. Bu matçda "Sabah"ın qollarına Kəmaləddin Qəhrəmanov (2) və Altun Yusifli imza atıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest