Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, müzakirələrdən sonra I Divizionun XIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
"Zaqatala" – "Neftçi-2" oyununda "Zaqatala"nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. "Zaqatala"nın futbolçusu Roini İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. "Zaqatala"nın digər futbolçusu Aleksandr Şemonayev "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Matç bitdikdən sonra "Zaqatala"nın futbolçusu Elcan Şirinov təhqiredici ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub. "Neftçi"nin futbolçusu İnqilab Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
"Zirə-2" - "Turan Tovuz" oyunundan öncə polis nümayəndəsinin təyin olunan vaxtda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. Təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunub.
 
"Sabah-2" - "Kəpəz" oyununda "Sabah"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
 
"Qəbələ-2" - "Sumqayıt-2" oyununda "Sumqayıt"ın futbolçusu Emil Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest