Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
Region Liqasının "Ərkivan" (Masallı) – "ümid" (Cəlilabad) oyununda "Ərkivan"ın futbolçusu Murad Calalov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "ümid"in futbolçusu Coşqun Süleymanov "kobud oyun"a görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
Region Liqasının "Sədərək" – "Babək" oyununda matçın 81-ci dəqiqəsində "Sədərək" meydanı özbaşına tərk etdiyi üçün hesab olduğu kimi saxlanılmaqla komandaya texniki məğlubiyyət verilib.
 
Region Liqasının "Araz" (Naxçıvan) – "Kəngərli" oyununda "Kəngərli"nin futbolçusu Adil Xudaverdiyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Kəngərli" komandası meydanı özbaşına tərk etdiyi üçün hesab olduğu kimi saxlanılmaqla komandaya texniki məğlubiyyət verilib.
 
Gənclər Liqasının "Neftçi" PFK – "Sabah" oyununda "Sabah"ın futbolçusu Raul Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının "Qarabağ" – "Səbail" oyununda "Qarabağ"ın futbolçusu Zöhrab Əsədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının "Keşlə" – "Zirə" oyununda "Zirə"nin futbolçusu Nihad Əsgərli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının "Sabah" - "Qarabağ" oyununun 14-cü dəqiqəsində "Sabah"ın futbolçusu Ramin Əvəzov "kobud oyun"a görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
U-16 Liqasının "Sabah" – "Qarabağ" oyununda "Sabah"ın futbolçusu Məhəmməd Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-15 Liqasının "Sumqayıt" – "Keşlə" oyununda "Sumqayıt"ın futbolçusu Nadir Orucov "kobud oyun"a görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
U-15 Liqasının "Mil-Muğan" – İFA oyununda İFA-nın 3 nömrəli futbolçusu Orxan Bayramov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
U-14 Liqasının "White City" – "Qarabağ" oyununda "Qarabağ"ın futbolçusu Əli Qazıbəyov "aqressiv hərəkət"ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının "Olimpiya" İK – "Turan Tovuz" oyununda "Olimpiya"nın futbolçusu Məqsəd Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının "Neftçi" İK İB – "Neftçi" PFK oyununda "Neftçi" İK İB komandası qeydiyyatda olan oyunçunun yerinə başqa oyunçunu meydana daxil etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-13 Liqasının "Zirə" - "Səbail" oyununda "Zirə"nin futbolçusu Hüseyn Bayramov oyunun 41-ci dəqiqəsində "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-13 Liqasının "Zirə" - "Səbail" oyununda "Zirə"nin futbolçusu İbrahim Məmmədli "aqressiv hərəkət"ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
U-13 Liqasının "Zirə" - "Səbail" oyununda "Zirə"nin futbolçusu Altun Xancanlı "aqressiv hərəkət"ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
U-13 Liqasının "İnternational" FA – "Polad" FK (Sumqayıt) oyununda "Polad" təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-13 Liqasının "Sahil" FA – "Təhsil" RİM (Bakı) oyununda "Təhsil" təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-13 Liqasının "Xırdalan" FK – RİOEUGİM oyununda "Xırdalan" təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-12 Liqasının ROFM – "Paralimpiya" İK oyunu bitdikdən sonra "Paralimpiya"nın baş məşqçisi Asif Əsgərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb.
 
U-13 Liqasının "Aquatic" FK – AZART oyununda "Aquatic" təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest