İngiltərə Premyer Liqasının 19-cu turunun "Bernli" – "Everton" matçı təxirə salınıb. Matc.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma "Everton"un heyətində koronavirusa yoluxma hallarının artması səbəbindən əvvəlcədən nəzərdə tutulduğu kimi, dekabrın 26-da baş tutmayacaq. Matçın nə vaxt keçiriləcəyi məlum deyil.
 
19-cu turun "Liverpul" – "Lids" və "Vulverhempton" – "Uotford" matçı da komandaların heyətlərində koronavirusa yoluxma halları olduğu üçün təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest