Apellyasiya Arbitraj Tribunalı "Sabah" klubunun AFFA İntizam Komitəsinin qərarından verdiyi şikayətə baxıb. Matc.az xəbər verir ki, Nihad Cabbarov barəsində 4 oyunluq cəza qərarı qüvvədə saxlanılıb.
 
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə "Sabah"ın apellyasiya şikayətinin təmin edilmədiyi vurğulanıb. Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.
 
Xatırladaq ki, U-17 Liqasının "Sabah" – "Səbail" oyununda "Sabah"ın futbolçusu Nihat Cabbarov "aqressiv hərəkətə" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest