ABŞ-ın "Los Anceles Qalaksi" klubunun futbolçusu Conatan Dos Santos karyerasını Meksikada davam etdirəcək. Matc.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Amerika" klubuna keçib.
 
Bu barədə Meksika təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Conatanla imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Conatan "Los Anceles Qalaksi"dən əvvəl "Vilyarreal" və "Barselona"da çıxış edib. Yarımmüdafiəçi Meksika yığmasında 58 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest