Futbol üzrə Finlandiya milli komandasının və HJK klubunun futbolçusu Tim Sparv karyerasını bitirib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. O, futbolçu karyerasını sonlandırdığını bildirib.
 
Sparv karyerası ərzində İsveçdə "Halmstad", Niderlandda "Qroningen", Almaniyada "Qroyter", Danimarkada "Midtyulland" və Yunanıstanda "AE Larisa" klublarında çıxış edib.
 
Sparv 2021-ci ilin yayından HJK-da çıxış edirdi. Finlandiya millisinin kapitanı olan yarımmüdafiəçi yığmada 84 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest