Argentinalı hücumçu Lionel Messinin PSJ-yə keçidindən sonra klubun sosial mediadakı izləyicilərinin sayı hər ay 1 milyon artır. Matc.az xəbər verir ki, bu barədə "goal.com" saytı məlumat yayıb.
 
Messinin transferindən sonrakı ilk həftədə PSJ-nin sosial şəbəkələrdəki ("Instagram", "Facebook") istifadəçilərinin sayı 20 milyonu ötüb. Bundan başqa, hər ay bu rəqəm 1 milyondan çox artır.
 
Messi bu ilin avqustunda "Barselona"dan PSJ-yə keçib.
 
PSJ-nin "instaqram"da 54, "Twitter"də 11, "Facebook"da isə 45 milyondan çox izləyicisi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest