UEFA-nın prezidenti Aleksander çeferin açıqlama verib. Matc.az xəbər verir ki, qurumun mətbuat xidmətinə danışan sloveniyalı funksioner, 2021-ci ilin əsas qələbəsinin Avropa Super Liqası layihəsinin ləğvi olduğunu deyib:
 
"Super Liqa layihəsinin ləğv edilməsi ilin ən böyük zəfəri idi. Bu məsələdə UEFA-nı dəstəkləyən hər bir kəsə təşəkkür edirəm. Bu, bizim uğurlarımızın davamının gələcəyinə zəmanət verir".
 
Aprelin 18-də "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul", "Tottenhem", "çelsi", "Real", "Barselona", "Atletiko", "Yuventus", "Milan" və "İnter" klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa, digər klublar turnirdən imtina ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest