"Barselona" qış transfer pəncərəsində heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisində bu mövqe üçün əsas namizəd "Yuventus"da çıxış edən Matteys de Liqtdir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
"Barselona" niderlandlı müdafiəçi üçün "Yuventus"la danışıqlara başlayacaq. Kataloniya təmsilçisi futbolçusu Samuel Umtiti və Filippe Koutinyonu satıb, de Liqti transfer etmək istəyir.
 
Matteysin meneceri Mino Rayola bir neçə gün əvvəl verdiyi açıqlamada, müştərisinin klubunu dəyişməyə müsbət yanaşdığını demişdi.
 
22 yaşlı müdafiəçinin "Yuventus"la müqaviləsi 2024-cü ilin yayına qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest