Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2021-ci ilin Asiya zonası üzrə rəmzi komandasını açıqlayıb. Matc.az xəbər verir ki, 11 ən yaxşı futbolçu sırasında bu oyunçuların adları yer alıb:
 
Qapıçı: Metyu Rayan (Avstraliya, "Arsenal"/"Real Sosyedad");
 
Müdafiəçilər: Takehiro Tomiyasu (Yaponiya, "Bolonya"/"Arsenal"), Hosseyn Kananizadegan (İran, "Persepolis"/"Əh Əhli"), Abdel Kərim Hassan (Qatar, "Əl Sədd"), Yasser Əl Şarani (Səudiyyə Ərəbistanı, "Əl-Hilal");
 
Yarımmüdafiəçilər: Takefusa Kubo (Yaponiya, "Real"/"Xetafe"), Yuya Osako (Yaponiya, "Vissel Kobe"), Vu Li (çin, "Espanyol");
 
Hücumçular: Əli Makbut (Birləşmiş Ərəb Əmirlikləri, "Əl-Cəzirə"), Sərdar Azmun (İran, "Zenit"), Son Hın Min (Cənubi Koreya, "Tottenhem").
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest