İngiltərənin "Lids" klubunun futbolçusu Rafinya karyerasını Almaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, 25 yaşlı hücumçu Almaniyanın "Bayern" klubuna keçə bilər. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.
 
Xəbərdə, Münhen təmsilçisinin Rafinya ilə danışıqlar apardığı və yaxın zamanda tərəflər arasında razılıq əldə olunacağı bildirilib.
 
"Bayern" Rafinya üçün "Lids"ə 50 milyon avro ödəyəcək.
 
Braziliyalı hücumçu bu mövsüm İngiltərə Premyer Liqasında 16 oyunda 8 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest