Futbol üzrə Türkiyə Super Liqasında 19-cu tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
 
Turun açılış matçında "Kasımpaşa" doğma meydanda "Altay" üzərində inamlı qələbəyə sevinib. "Girəsunspor" evdə "Hatayspor"la oyundan məğlubiyyətlə ayrılıb. "Qalatasaray" isə "Antalyaspor"la üz-üzə gəlib və uzun fasilədən sonra qələbə sevinci yaşayıb.
 
Turun mərkəzi görüşündə lider "Trabzonspor" çempionatda son 10 oyundur məğlub olmayan "Başakşəhər"i qəbul edib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.
 
Türkiyə Super Liqası
19-cu tur
25 dekabr
 
Kasımpaşa – Altay 2:0
Qol: Donk, 34. U.Bozok, 88.
 
Girəsunspor – Hatayspor 0:1
Qol: Əl Kaabi, 81.
 
Qalatasaray – Antalyaspor 2:0
Qol: Fequli, 45+1. K.Aktürkoğlu, 52.
 
Trabzonspor – Başakşəhər 0:0
 
26 dekabr
 
14:30. Rizəspor – Qaziantep
17:00. Alanyaspor – Fatih Karagümrük
17:00. Göztəpə – Adana Dəmirspor
20:00. Fənərbaxça – Yeni Malatyaspor
 
27 dekabr
 
21:00. Kayserispor – Sivasspor
21:00 Konyaspor – Beşiktaş

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest